Xəbərlər
-
e-Milli Liqanın ikinci mövsümünə yekun vuruldu
Mayın 5-də e-Milli Liqanın ikinci mövsümü yekunlaşıb. Yanvarın 27-də start götürən liqa EML Pro Liqası və EML Open turniri olmaqla, iki layihədən ibarət olub. AFFA bayrağı altında təşkil olunmuş EML Pro Liqasında futbol üzrə Azərbaycan Premyer Liqası, Birinci Divizion, Region Liqası və digər liqalarda çıxış edən peşəkar futbol klublarının kiber komandaları, eləcə də ilk mövsümdə yüksək nəticə göstərən komandalar mübarizə aparıblar. Bundan əlavə, Peşəkar Futbol Liqası ilə əməkdaşlıq çərçivəsində Premyer Liqa klublarında çıxış edən futbolçular fərdi olaraq bir-birilərinə qarşı kiber futbolda qüvvələrini sınayıblar. 15 komandanın mübarizə apardığı EML Pro Liqasının qalibi “Neftçi” PFK olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq “Qardaşlar” FK və “Mil” FK komandaları bölüşüblər. Qeyd edək ki, “Sport Marketing Group” şirkətinin öz qlobal kommersiya layihəsi olan EML Open turniri müstəqil şəkildə təşkil olunub. EML Open turnirində 10 Azərbaycan komandası ilə yanaşı, Yunanıstan, Bosniya və Herseqovina, İsrail, Niderland, Serbiya, Livan, Ukrayna, Avstriya və Rusiyadan olan 11 komanda da iştirak edib. Bu turnirdə “Power of Israel” komandası birinci pilləyə yüksələrkən, “Maştağa” FK və “Offside” komandaları ikinci və üçüncü yerləri bölüşüblər. Turnir maraqlı statistikalarla da yadda qalıb. Belə ki, e-Milli Liqanın “instagram” səhifəsinin izləyiciləri arasında keçirilmiş səsvermənin nəticəsində Taleh Məhərrəmov ("Qardaşlar") Pro Liqada mövsümün ən yaxşı oyunçusu seçilib. Rüstəm İmanzadə ("Offside") isə izləyici səsverməsi ilə Open Liqada mövsümün ən yaxşı oyunçusu adını qazanıb. Bundan əlavə, EML Open turnirində təmsil olunan “eBaller” komandasının oyunçusu Yos Sonneveld 44 xalla turnirin bombardiri olub. Pro Liqada isə Ramil Nəbiyev (“Keşlə” FK) və Kamran Mehrabov (“Mil” FK) 68 xalla bu adı bölüşüblər. Qeyd edək ki, turnirin baş sponsoru Coca-Cola şirkəti, texniki tərəfdaşı “Kontakt Home” şirkətidir. e-Milli Liqanın yayım dəstəkçisi isə CBC Sport kanalıdır.
05.06.2021
Ətraflı məlumat -
İkinci mövsümün yekun statistikası
e-Milli Liqanın ikinci mövsümü artıq yekunlaşıb. EML Pro Liqası və EML Open turnirindən ibarət olan Liqa bir sıra maraqlı statistikalarla yadda qalıb. Belə ki, Pro Liqanın ən çox qol vuran komandası və çempion adını "Neftçi" qazanıb. E-Milli Liqanın “instagram” səhifəsinin izləyiciləri arasında keçirilmiş səsvermənin nəticəsində isə Taleh Məhərrəmov ("Qardaşlar") Pro Liqada mövsümün ən yaxşı oyunçusu seçilib. Rüstəm İmanzadə ("Offside") isə izləyici səsverməsi ilə Open Liqada mövsümün ən yaxşı oyunçusu adını qazanıb.
02.06.2021
Ətraflı məlumat -
e-Milli Liqanın ikinci mövsümü bugün start götürür
e-Milli Liqanın ikinci mövsümü EML Pro Liqası və EML Open turniri olmaqla, iki layihədən ibarətdir. AFFA bayrağı altında təşkil olunacaq EML Pro Liqasında futbol üzrə Azərbaycan Premyer Liqası, Birinci Divizion, Region Liqası və digər liqalarda çıxış edən peşəkar futbol klublarının kiber komandaları, eləcə də ilk mövsümdə yüksək nəticə göstərən komandalar mübarizə aparacaq. Bundan əlavə, Peşəkar Futbol Liqası ilə əməkdaşlıq çərçivəsində Premyer Liqa klublarında çıxış edən futbolçular fərdi olaraq bir-birilərinə qarşı kiber futbolda qüvvələrini sınayacaqlar. 15 komandanın yarışacağı EML Pro Liqasının açılış oyunu bugün baş tutacaq. “Sport Marketing Group” şirkətinin öz qlobal kommersiya layihəsi olan EML Open turniri müstəqil olaraq təşkil olunur. Yanvarın 27-də başlaması planlaşdırılan turnir müəyyən olunmuş texniki şərtləri qarşılayan istənilən müraciətçi üçün açıq idi. EML Open turnirində 10 Azərbaycan komandası ilə yanaşı, Yunanıstan, Bosniya və Herseqovina, İsrail, Niderland, Serbiya, Livan, Ukrayna, Avstriya və Rusiyadan olan 11 komanda da iştirak edəcək. Bu isə yerli e-sport oyunçularının beynəlxalq təcrübə qazanmasına və EML brendinin qlobal səviyyədə tanınmasına şərait yaradacaq. EML qaliblərinə turnirin sponsoru Coca-Cola və təşkilatçılar tərəfindən hədiyyələr, kubok, eləcə də pul mükafatı təqdim ediləcək. Oyunlar layihənin sosial media hesablarında, eləcə də media tərəfdaş CBC Sport-un efirində yayımlanacaq. Yanvarın 22-də baş tutan püşkatma mərasimindən sonra komandaların qruplar üzrə səpələnməsi, liqanın formatı, mükafat fondu və digər məlumatları eml.az saytından əldə edə bilərsiniz.
25.01.2021
Ətraflı məlumat -
Üçüncü turun yekun statistikası
E-Milli Liqanın üçüncü turunun yekun statistikasını təqdim edirik.
28.07.2020
Ətraflı məlumat -
e-Milli Liqanın ikinci turunun nəticələri
e-Milli Liqanın ikinci turunun nəticələrini təqdim edirik.
03.07.2020
Ətraflı məlumat -
Azərbaycanda ən böyük mobil futbol kiberturniri “EML PES Mobile” start götürdü!
“Sport Marketing Group” şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiyasıyasının birgə təşkilatçılığı ilə mobil oyunların həvəskarları üçün ilk dəfə kiberfutbol liqası keçiriləcək. Oyunlar “eFootball PES2020” mobil versiyası üzərindən təşkil olunacaq. Liqada qeydiyyat iyunun 25-də start götürüb və 24 saat ərzində artıq 400 iştirakçı qeydiyyatdan keçib. “EML PES Mobile” liqasının 1-ci turnirində 1,024 iştirakçı olacaq. Qeydiyyatdan keçmək üçün oyunçular EML liqasının rəsmi saytına - www.eml.az ünvanına daxil olaraq “PES2020 Mobile” bölməsinə keçid etməlidir. Qeydiyyat bir ay davam edəcək. Liqaya iyulun sonunda start veriləcək. 1,024 iştirakçı hərəsində 256 komanda olan dörd konferensiyaya bölünəcək (“Şərq”, “Qərb”, “Şimal”, “Cənub”). Hər konferensiyada oyunlar olimpiya sistemi ilə keçiriləcək. Seçmə oyunlar keçirildikdən sonra hər konferensiyadan ən yaxşı 4 komanda seçilərək qruplara ayrılacaq. 4 qrupda 16 komandanın iştirakı ilə final mərhələsi keçiriləcək və hər qrupdan 2 komanda play-off mərhələsinə vəsiqə qazanacaq. 1/4 final, yarımfinal və final oyunları canlı olaraq liqanın sosial media səhifəsində yayımlanacaq. Ən güclü mobil kiberfutbolçular liqanın yekununda dəyərli hədiyyələr qazanacaq: 1-ci yer – 1000 AZN pul mükafatı, 5,800 PES coin (KONAMİ tərəfindən yaradılan oyun valyutasıdır) və smartfon 2-ci yer – 3,300 PES coin və smartfon 3-cü yer – 2,150 PES coin Bundan əlavə, “EML PES Mobile” liqasının qalibi liqanın tərəfdaşları tərəfindən təşkil olunan beynəlxalq mobil PES turnirlərində iştirak edəcək.
25.06.2020
Ətraflı məlumat -
1-ci turun yekun statistikası
21.06.2020
Ətraflı məlumat -
E-Milli Liqanın I turuna yekun vurulub
Premyer Liqa, Birinci Divizion, Region Liqası, Qadınlar Yüksək Liqası, çimərlik futbolu, futzal, əlillərdən ibarət komandalar arasında təşkil edilən E Milli Liqanın I turuna yekun vurulub. AFFA-nın və “Sport Marketing Group” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən çempionatda ümumilikdə 28 komanda iştirak edir. 7 qrupda keçirilən 14 oyunda 128 qol vurulub. E Milli Liqanın ən maraqlı oyunları EML-in sosial media hesablarında canlı yayımlanır. Çempionatın açılış oyunu olan “Səbail” – “Qarabağ” matçı (6,7 min baxışla) izləmə rekorduna imza atıb. E Milli Liqada II turun oyunlarına bu gün start veriləcək. İlk dəfə təşkil olunan EML-də bir sıra yeniliklər edilib. Futbol və kiberidman həvəskarları üçün məşhur futbolçuların və klub rəsmilərinin iştirakı ilə “eSöhbətlər” podkast layihəsinə start verib. Liqanın rəsmi Youtube səhifəsində yayımlanan podkast-da bir-birindən maraqlı qonaqların iştirakı ilə ölkədə kiberfutbolun və kiberidmanın vəziyyəti, klubların öz “eFootball” komandalarında oyunçuları seçmələri haqqında, həmçinin fanatların klublara EML-də göstərdiyi dəstəkdən və peşəkar futbolçuların “eFootball” komandalarına olan marağından söhbət açılıb. Bundan əlavə, E Milli Liqa Rusiya Kiberfutbol Federasiyası ilə əməkdaşlıq sazişi imzalayıb. Əməkdaşlıq çərçivəsində, EML-də ən yüksək nəticə göstərmiş oyunçular və komandalar RKF tərəfindən keçirilən beynəlxalq “eSport” turnirlərində iştirak edəcək, ölkəmizi xaricdə təmsil etmək hüququ qazanacaq. İkinci turdan etibarən, EML iştirak edən komandalar Rusiya Premyer Liqasını təmsil edən klubların “eFootball” komandalarına qarşı da oyunlar keçirəcək. Bütün oyunlar EML sosial media hesablarından və www.EML.az səhifəsindən canlı yayımlanacaq.
02.06.2020
Ətraflı məlumat -
eSöhbətlər
E-Milli Liqa kiberfutbol həvəskarları üçün yeni bir media layihəsinə start verib. EML "eSöhbətlər" adlanan layihə video podkast formatında yayımlanacaq. Verilişdə E-Milli Liqa-da iştirak edən klubların futbolçuları, kiber-idmançılar və klub rəsmiləri iştirak edəcək. 27 may tarixində EML Facebook və YouTube kanallarında yayımlanan podkastın birinci buraxılışında "Qarabağ" FK-nın hücumçusu Mahir Emreli, klubun mətbuat katibi Nurlan İbrahimov və "Səbail" FK-nın direktoru Fərəc Əliyev iştirak edib. Podkastda səsləndirilən bəzi maraqlı firikləri nəzərinizə çatdırırıq. Nurlan İbrahimov: "Biz klub olaraq iki il bundan öncə kiber komanda yaratmağı düşünürdük və "Sport Marketing Group" (SMG) şirkətinin belə bir təklif irəli sürməsi yerinə düşdü. Zənnimcə bu yarış davamlı olacaq və növbəti mövsümdə yeni simalar ilə yeni kublar üzə çıxacaq. Biz kiberidman komandamıza oyunçuları seçəndə ilk öncə onlara klubun fəlsəfəsini aşılamağa çalışmışıq". Mahir Emreli: "Mən özüm kiber komandaya qoşulmaq üçün Nurlan ilə danışmışdım. Amma təbii ki, burada səviyyə tam başqadır. Daha öncə müsahibədə qeyd etmişdim ki, ola bilsin pandemiya zamanı hamı baxır və sonradan daha çox insanın "playstation" oyunlarına marağı artacaq. Mən özüm oynayanda "Master Liqa" oynayıram və "Qalatasaray"ın heyətindəyəm. Oyunda 20 yaşındayam". (gülür) Fərəc Əliyev: "Bizim üçün çox maraqlı layihədir. İnstaqram və Facebook səhifəmizdə fanatlar artıq yazıb maraqlanırlar. Düşünürəm ki, bunları nəzərə alıb kiberidman sahəsini klubumuzda inkişaf etdirəcəyik. Hər komandada bir azərbaycanlı futbolçu olsaydı, daha maraqlı olardı". "eSöhbətlər" verilişini EML YouTube kanalımızdan tam olaraq izləyə bilərsiniz: eSöhbətlər #1
28.05.2020
Ətraflı məlumat