Qeydiyyat üçün yaş həddi - 16+
Qeydiyyat tarixi - 05.12.20 - 28.12.20
Siz tək və ya komanda şəklində müraciət edə bilərsiniz. Əgər öz komandanız varsa (komanda üç nəfərdən ibarət olmalıdır), yalnız komanda kapitanı qeydiyyatdan keçməlidir.
Qeydiyyat üçün yalnız bir dəfə müraciət edilməlidir.
EML 2020-2021 mövsümündə iki (2) turnir keçiriləcək; EML PRO və EML OPEN.
“EML PRO”
“EML PRO” liqasında komandalar yalnız dəvətnamə əsasında olacaq. Liqada cəmi 16 komanda olacaq. Oyunlar Liqa Formatında olacaq. Bütün komandalar bir-biri ilə bir oyun keçiriləcək.
“EML PRO” liqasında yalnız rəsmi klublar iştirak edəcək.
“EML OPEN”
“EML OPEN” turnirində tələblərə cavab verən istənilən şəxs iştirak edə bilər.
“EML OPEN” turnirində iştirak haqqı 50 AZN təşkil edir. İştirakçılardan toplanan məbləğ uduş fonduna əlavə olunacaqdır.
“EML OPEN” turnirində iştirak edəcək komanda adları EML tərəfindən təsdiqlənməlidir.
“EML OPEN” turnirində iştirak edən komanda sayı 40-dır.
“EML OPEN” turnirində iştirak edən komandaların sayı və bölgüsü EML tərəfindən dəyişdirilə və tənzimlənə bilər.
EML tərəfindən təşkil olunan yarışmalarda iştirak edən oyunçular (individual şəkildə) və ya klublar (rəsmi şəkildə) aşağıda qeyd olunan texiniki tələblərə cavab verməlidir.
AVADANLIQ:
- PS 4 oyun konsolu,
- PES 2021 oyunu (tam versiya),
- Televizor (HDMI çıxışı olan),
- 8 mbit/s “download”
- 8 mbit/s “upload”
- LAN kabel ilə qoşulma mütləqdir.
- “PS+” hesabı (6 ay müddətinə abunə olmalıdır.)