E milli liqa

Qaydalar

Turnirin formatı və qaydaları:

  • AFFA və EML təşkil etdiyi turnir qrup şəklində keçirilir;
  • Komandalar onlayn şəkildə keçirilən püşkatma yolu ilə qruplara bölünür. 28 komanda hər birində 4 komanda olmaq şərti ilə 7 qrupa bölünür;
  • Püşkatmanın ertəsi günü EML oyunların təqvimi haqqında məlumat paylaşdıqdan sonra komandalar müvafiq olaraq oyun keçirməlidirlər. Qarşılaşmanın vaxtı yalnız Liqa tərəfindən təyin edilir və dəyişdirilmir, tarixin dəyişdirilməsi yalnız müstəsna hallarda Liqa və AFFA-nın razılığı ilə həyata keçirilir;
  • Oyun günü iştirakçılar arasında 2 oyun keçirilir. Məsələn: I Komanda I Oyunçu VS II Komanda I Oyunçu, I Komanda II Oyunçu VS II Komanda II Oyunçu. Qarşılaşmanın yekun hesabı hər iki matçdakı qolların sayı əsasında hesablanır. Məsələn: I Komanda I Oyunçu 2:0 II Komanda I Oyunçu, I Komanda II Oyunçu 1:4 II Komanda II Oyunçu. Oyunda ümumi hesab – 3:4. Birinci komandanın hesabına 0, ikinci komandanın hesabına 3 xal yazılır. Hər iki matçdakı qolların cəmi bərabərdirsə, hər komandanın hesabına 1 xal yazılır. Birinci komandanın ilk oyunçusu matçı oynaya bilməsə, o zaman bu oyun 3:0 hesabı ilə ikinci komandanın xeyrinə başa çatır. Oyun ərzində oyunçulardan biri yarışı tərk edərsə, həmin komanda oyundan kənarlaşdırılır;
  • Təşkilatçılar matçların tarixlərinin dəyişdirilməsi haqqda komandaları öncədən xəbərdar edəcək;
  • Oyun zamanı oyunçulardan biri oyundan kənarlaşdırıldığı təqdirdə bir matç "texniki məğlubiyyət" kimi qiymətləndirilir. Oyundan kənarlaşdırılan oyunçu səbəbindən və matçın hesabından asılı olmayaraq 3:0, 0:3 hesabı ilə "texniki məğlubiyyət" alır. Eyni zamanda, oyunun başladığı saatdan 10 dəqiqə gecikmək də 3:0 “texniki məğlubiyyət” hesab edilir;
  • EML-də iştirak edə bilər: Peşəkar Futbol Liqası, Region Liqası, 1-ci Divizion, Futzal Liqaları, Qadınlar Yüksək Liqası, Çimərlik Futbolu turnirlərində 2013 – 2020-ci illərdə iştirak edən klublar;
  • EML-də çıxış edən klublar rəsmi olaraq klub adını, emblemlərini (forma, loqo, ad və s.) yalnız klub tərəfindən rəsmi icazə olduğu halda istifadə edə bilər;
  • EML-də bir adla qeydiyyatdan yalnız bir klub keçə bilər;
  • Xalların hesablanma qaydası –  qrup oyunlarında hər qələbə 3 xal qiymətləndirilir,  8\1 və 4\1 oyunlarında hər qələbə 6 xal qiymətləndirilir, 2\1 və Final oyununda hər qələbə 9 xal qiymətləndirilir (nəticədə qalib oyunçunun xalları x100 AZN,x50 AZN və x20 AZN əmsalında hesablanır);
  • Liqanın rəsmi yayım tərəfdaşı liqada digər klublarla bərabər iştirak edir və eyni hüquqlara malikdir.

Oyunun qaydaları:

  • Avadanlıqlar onlayn keçirilən oyun başlamadan öncə hazırlanmalıdır;
  • İnternet sürəti minimum 8mb/s olmalıdır
  • Oyun zamanı sarı və qırmızı kartlar sonrakı matçlara heç bir şəkildə təsir göstərmir, yalnız həmin vaxt gedən oyuna təsir edir;
  • İştirakçılar pley-off mərhələsində yalnız fasilə zamanı oyun yerini tərk edə bilər;
  • Oyunlar arası fasilə 5 dəqiqədən çox olmamalıdır;
  • Yüksək nəticə göstərmiş ilk 2 komanda və üçüncü yeri tutan ən yaxşı 2 komanda növbəti mərhələyə keçirlər;
  • Oyunlar “KONAMI eFootball PES2020”nin standart qaydalarına müvafiq olaraq onlayn rejimdə keçirilir;
  • Stadionda hava şəraiti, top və s. kimi dəyişikliklər təsadüfi rejimdə qalır;
  • Qarşılaşmanın nəticələri ilk hissədən sonra və oyunun sonunda Liqaya foto formatında göndərilməlidir;
  • Komanda öz oyununu video formatında qeydə almalı və matçdan sonra oyunun görüntülərini Liqaya göndərməlidir.

İki və ya daha çox iştirakçıların xalları bərabər olduqda, qrup mərhələsindəki yerlər növbəti şərtlərə əsasən müəyyənləşdirilir:

  • bütün matçlarda ən çox qələbə sayına görə;
  • öz aralarında olan oyunların nəticələrinə görə (xalların sayı, qələbələrin sayı, vurulan qollar və buraxılan qollar arasındakı fərq, vurulan qolların sayı);
  • bütün matçlarda vurulan və buraxılan qolların ən yaxşı fərqinə görə;
  • bütün matçlarda vurulan ən çox qol sayına görə.

Pley-off mərhələsinin iştirakçılarını müəyyənləşdirən zaman onların göstəriciləri turnir cədvəlində bərabər olarsa, o zaman qrup mərhələsində oyunçular arasında əlavə oyunlar keçiriləcək.

 

Qadağalar:

  • Oyun parametrlərini, komandanın tərkibini, loqosunu, oyunçuların formasını və komanda ilə bağlı hər hansı digər dəyişiklikləri etmək;
  • Oyunu asanlaşdıran və ya oyunda hər hansı dəyişikliklər edə bilən əlavə avadanlıqlardan istifadə etmək;
  • Klubların komandalarının oyunçularını və tərkibini dəyişdirmək;

Qaydalara zidd manipulasiya edən komanda turnirdən kənarlaşdırılır. Hər hansı komandanın oyunçusu peşəkar şəkildə qaydalara zidd manipulasiyalardan istifadə edərsə, liqadan ömürlük diskvalifikasiya edilir. Eyni zamanda, komanda ilə bağlı istənilən qadağa edilmiş hər hansı dəyişikliklərə Liqa tərəfindən sanksiyalar tədbiq ediləcək.

Təşkilatçı hüquqları:

  • Turnir başlayana qədər reqlamentdə hər hansı bir əksik və ya səhvlik varsa, onun üzərində dəyişiklik etmək və ya əlavələr etmək;
  • Hər hansı bir qayda pozuntusunda xəbərdarlıq etmək, komandanın xallarını silmək və  turnirdən kənarlaşdırmaq (əlavə cərimələr da tətbiq edilə bilər);

Qeyd: Reqlamentə daxil olmayan və mübahisəli məsələlərə yalnız  təşkilatçılar tərəfindən baxılır və hər bir dəyişiklik AFFA ilə birlikdə həyata keçirilir.

Login