Qeydiyyatdan keçən yalnız ilk 1024 şəxs liqada iştirak etmə haqqı qazanacaq.
Turnirdə heyətlər sərbəstdir.
Turnir pley-off formatında keçiriləcək. 1/32 mərhələyə qədər rəqiblə yalnız bir oyun olacaq.
Ümumilikdə 4 konfrans yaradılacaq. Hər konfransın 256 iştirakçısı olacaq və ən yaxşı 4 oyunçusu turnirin qrup mərhələsinə düşəcək. Konfransdakı oyunlar "Olimpiya" sisteminə uyğun olaraq keçiriləcək. Qrup mərhələsindəki oyunlar 3 turdan ibarət olacaq. Qrupun ən yaxşı 2 oyunçusu növbəti mərhələyə keçəcək.
Qrup oyunları “Ev və səfər” formatında keçiriləcək. Gün ərzində iki oyun birdən baş tutacaq (eyni rəqib ilə həm ev, həm də səfər oynanılacaq).
Oyun müddəti 6 dəqiqədir.
Oyunlar zamanı “Əlavə vaxt” və “11 metrəlik zərbə” seriyası açıq olmalıdır.
İstisna: ev və səfər oyununda bu parametrlər bağlı olmalıdır. Lakin hər iki oyunun nəticələri bərabar olarsa, o zaman hakim tərəfindən “Qızıl oyun” tərtib olunur və bu zaman bu parametrlər açıq olmalıdır.
Oyunda hava şəraiti təsadüfi seçilir.
Otağın yaradılması EML qaydalarına müvafiq olmadığı təqdirdə həmin oyunçu texniki məğlubiyyət alır.
Oyuna daxil olarkən telefonun ümumi bildirişlərini söndürməyiniz arzuolunandır. Əks halda, oyun zamanı hər hansısa bildiriş və ya zəng gələrsə oyunda donma və birbaşa oyundan çıxmaq halı baş verə bilər. Bu isə sizin məğlubiyyətinizlə nəticələnə bilər.
Oynadığınız müddətdə əgər rəqibi böyük hesab fərqi ilə udursunuzsa və ya 80-ci dəqiqədə hesab fərqi 1 xaldırsa bu zaman yaranan internet probleminə görə oyundan çıxdığınız təqdirdə sizə texniki məğlubiyyət verilmir. Bunun üçün hakim əlavə oyun təyin edəcək və oyunun qalan dəqiqəsini əlavə oyunda oynayacaqsınız. Həmin vaxt bitdikdən sonra oyundan ayrılıb əvvəlki hesabın üzərinə yeni oynanılan hesab əlavə olunur və hakimlərə bildirilir.
3.
Oyun zamanı rəqibin interneti ilə bağlı şikayətiniz olarsa, həmin oyunu videoya çəkib hakimə göndərməlisiniz.
Oyun zamanı yaranan bütün problemləri EML hakimlərinə bildirməlisiniz. Bu zaman həmin hakimlər yaranan problemlərə baxıb bir qərar verəcəklər. Yaranan problemin sübutu kimi video və şəklin (screenshot) olması zaruridir. Əgər oyunu sona qədər ekran ilişərək oynasanız və yekunda şikayət bildirsəniz, bu sizə əks təsir göstərəcək, çünki sona qədər oynamaq razılıq əlaməti kimi hesab edilir. Bunun üçün oyunun ilişməsini davamlı şəkildə müşahidə edərsəniz, oyunu tərk edib şikayətinizi rəqibinizə, EML heyətinə və hakimlərinə bildirməyə hüququnuz var.
İnternetinizlə bağlı yaranan problemin aradan qaldırılması üçün 1 şans verilir. Lakin həmin problem aradan qaldırılmasa o zaman həmin oyunçuya texniki məğlubiyyət veriləcək.
4.
Seçmə mərhələsində oynanılan oyun üçün 1 gün (24 saat) vaxt ayrılır. Oyunun son tarixinə kimi oynamayan iştirakçıya texniki məğlubiyyət veriləcək.
Əgər hər iki oyunçu 24 saat ərzində öz rəqibi ilə rəsmi oyunu oynamayıblarsa, hər iki iştirakçıya texniki məğlubiyyət veriləcək.
Oyunlar verilən son tarixə qədər tamamlanmalı və rəqiblə oynanılan rəsmi oyunun hər bir statistikası (45-ci dəqiqə və 90-cı dəqiqə) EML heyətinə və oyunun hakiminə göndərilməlidir (“şəxsi mesajlar” bölməsində).
Qeyd: Oyunun statistikasını hər iki iştirakçı göndərməlidir.
5.
Turnir oyunları zamanı hansısa bir iştirakçı bilərəkdən vaxtı uzadarsa (meydanın oyunçuya aid olan hissəsində 10 dəqiqədən artıq paslaşarsa), bu epizodu rəqib video sübut kimi çəkib, oyunun hakiminə göndərməlidir.