E milli liqa

eSöhbətlər

28.05.2020

Paylaşmaq:

E-Milli Liqa kiberfutbol həvəskarları üçün yeni bir media layihəsinə start verib. EML "eSöhbətlər" adlanan layihə video podkast formatında yayımlanacaq. Verilişdə E-Milli Liqa-da iştirak edən klubların futbolçuları, kiber-idmançılar və klub rəsmiləri iştirak edəcək.


 
27 may tarixində EML Facebook və YouTube kanallarında yayımlanan podkastın birinci buraxılışında "Qarabağ" FK-nın hücumçusu Mahir Emreli, klubun mətbuat katibi Nurlan İbrahimov və "Səbail" FK-nın direktoru Fərəc Əliyev iştirak edib.

 


Podkastda səsləndirilən bəzi maraqlı firikləri nəzərinizə çatdırırıq.


 
Nurlan İbrahimov: "Biz klub olaraq iki il bundan öncə kiber komanda yaratmağı düşünürdük və "Sport Marketing Group" (SMG) şirkətinin belə bir təklif irəli sürməsi yerinə düşdü. Zənnimcə bu yarış davamlı olacaq və növbəti mövsümdə yeni simalar ilə yeni kublar üzə çıxacaq. Biz kiberidman komandamıza oyunçuları seçəndə ilk öncə onlara klubun fəlsəfəsini aşılamağa çalışmışıq".


 
Mahir Emreli: "Mən özüm kiber komandaya qoşulmaq üçün Nurlan ilə danışmışdım. Amma təbii ki, burada səviyyə tam başqadır. Daha öncə müsahibədə qeyd etmişdim ki, ola bilsin pandemiya zamanı hamı baxır və sonradan daha çox insanın "playstation" oyunlarına marağı artacaq. Mən özüm oynayanda "Master Liqa" oynayıram və "Qalatasaray"ın heyətindəyəm. Oyunda 20 yaşındayam". (gülür)


 
Fərəc Əliyev: "Bizim üçün çox maraqlı layihədir. İnstaqram və Facebook səhifəmizdə fanatlar artıq yazıb maraqlanırlar. Düşünürəm ki, bunları nəzərə alıb kiberidman sahəsini klubumuzda inkişaf etdirəcəyik. Hər komandada bir azərbaycanlı futbolçu olsaydı, daha maraqlı olardı".

 

"eSöhbətlər" verilişini EML YouTube kanalımızdan tam olaraq izləyə bilərsiniz: eSöhbətlər #1

Login
AZ EN