E milli liqa

E-Milli Liqanın I turuna yekun vurulub

02.06.2020

Paylaşmaq:

Premyer Liqa, Birinci Divizion, Region Liqası, Qadınlar Yüksək Liqası, çimərlik futbolu,​ futzal, əlillərdən ibarət komandalar arasında təşkil edilən E Milli Liqanın I turuna yekun vurulub.

AFFA-nın və “Sport Marketing Group” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən çempionatda ümumilikdə 28 komanda iştirak edir. 7 qrupda keçirilən 14 oyunda 128 qol vurulub. E Milli Liqanın ən maraqlı oyunları EML-in sosial media hesablarında canlı yayımlanır.​ Çempionatın açılış oyunu olan “Səbail” – “Qarabağ” matçı (6,7 min baxışla) izləmə rekorduna imza atıb.​ E Milli Liqada II turun oyunlarına bu gün start veriləcək.

İlk dəfə təşkil olunan EML-də bir sıra yeniliklər edilib. Futbol və kiberidman həvəskarları üçün məşhur futbolçuların və klub rəsmilərinin iştirakı ilə “eSöhbətlər” podkast layihəsinə start verib. Liqanın rəsmi Youtube səhifəsində yayımlanan podkast-da bir-birindən maraqlı qonaqların iştirakı ilə ölkədə kiberfutbolun və kiberidmanın vəziyyəti, klubların öz “eFootball” komandalarında oyunçuları seçmələri haqqında, həmçinin fanatların klublara EML-də göstərdiyi dəstəkdən və peşəkar futbolçuların “eFootball” komandalarına olan marağından söhbət açılıb.

Bundan əlavə, E Milli Liqa Rusiya Kiberfutbol Federasiyası ilə əməkdaşlıq sazişi imzalayıb. Əməkdaşlıq çərçivəsində, EML-də ən yüksək nəticə göstərmiş oyunçular və komandalar RKF tərəfindən keçirilən beynəlxalq “eSport” turnirlərində iştirak edəcək, ölkəmizi xaricdə təmsil etmək hüququ qazanacaq. İkinci turdan etibarən, EML iştirak edən komandalar Rusiya Premyer Liqasını təmsil edən klubların “eFootball” komandalarına qarşı da oyunlar keçirəcək. Bütün oyunlar EML sosial media hesablarından və www.EML.az səhifəsindən canlı yayımlanacaq.

Login
AZ EN