E milli liqa

Azərbaycanda ən böyük mobil futbol kiberturniri “EML PES Mobile” start götürdü!

25.06.2020

Paylaşmaq:

“Sport Marketing Group” şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiyasıyasının birgə təşkilatçılığı ilə mobil oyunların həvəskarları üçün ilk dəfə kiberfutbol liqası keçiriləcək. Oyunlar “eFootball PES2020” mobil versiyası üzərindən təşkil olunacaq.

Liqada qeydiyyat iyunun 25-də start götürüb və 24 saat ərzində artıq 400 iştirakçı qeydiyyatdan keçib. “EML PES Mobile” liqasının 1-ci turnirində 1,024 iştirakçı olacaq. Qeydiyyatdan keçmək üçün oyunçular EML liqasının rəsmi saytına - www.eml.az ünvanına daxil olaraq “PES2020 Mobile” bölməsinə keçid etməlidir. Qeydiyyat bir ay davam edəcək. Liqaya iyulun sonunda start veriləcək. 1,024 iştirakçı hərəsində 256 komanda olan dörd konferensiyaya bölünəcək (“Şərq”, “Qərb”, “Şimal”, “Cənub”). Hər konferensiyada oyunlar olimpiya sistemi ilə keçiriləcək. Seçmə oyunlar keçirildikdən sonra hər konferensiyadan ən yaxşı 4 komanda seçilərək qruplara ayrılacaq. 4 qrupda 16 komandanın iştirakı ilə final mərhələsi keçiriləcək və hər qrupdan 2 komanda play-off mərhələsinə vəsiqə qazanacaq. 1/4 final, yarımfinal və final oyunları canlı olaraq liqanın sosial media səhifəsində yayımlanacaq.

Ən güclü mobil kiberfutbolçular liqanın yekununda dəyərli hədiyyələr qazanacaq:

1-ci yer – 1000 AZN pul mükafatı, 5,800 PES coin (KONAMİ tərəfindən yaradılan oyun valyutasıdır) və smartfon

2-ci yer – 3,300 PES coin və smartfon

3-cü yer – 2,150 PES coin


 

Bundan əlavə, “EML PES Mobile” liqasının qalibi liqanın tərəfdaşları tərəfindən təşkil olunan beynəlxalq mobil PES turnirlərində iştirak edəcək.

Login
AZ EN