E milli liqa

FAQ

EML nədir?

EML (e Milli Liqa) Sport Marketing Group şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası tərəfindən yaradılmış kiberfutbol layihəsidir.

EML PRO nədir?

EML PRO AFFA tərəfindən qeydiyyata alınan liqalarda çıxış edən klubların eSport komandalarının iştirak etdiyi liqadır. Burada Peşəkar Futbol Liqası, 1-ci Divizion, Region Liqası, Futzal, Çimərlik futbolu və digər rəsmi liqaların nümayəndələri iştirak edir.

EML PRO komandalarının heyətinə necə düşmək olar?

EML PRO-da komandaların heyətində qatılmaq üçün, istədiyiniz kluba müraciət edə bilərsiniz.

EML PRO hansı formatda təşkil olunur?

Dairəvi liqa formatında.

EML Open nədir?

EML OPEN SMG tərəfindən təşkil olunan kommersiya eSport layihəsidir.

EML Open-da kimlər çıxış edir?

EML Open-da istənilən şəxs 3 nəfərdən ibarət komandasını yığıb iştirak edə bilər. Komandalar üçün iştirak haqqı 150 AZN təşkil edir. Komandalar EML tərəfindən müəyyən olunmuş tələblərə cavab verdiyi halda, liqada iştiraka buraxılır. İştirak üçün komandanız haqqında məlumat (iştirakçıların adı, soyadı, ŞV surətini və əlaqə nömrələrini) qeyd edərək [email protected] ünvanına “EML OPEN” başlığı ilə göndərin.

Oyunlar necə təşkil olunur?

Oyunlar onlayn keçirilir. EML PRO-da bütün oyunlar onlayn şəklində keçirilir. EML Open-da isə yarımfinal və final oyunları isə EML Studiyasında keçirilir.

EML tərəfdaşları kimlərdir?

EML qlobal tərəfdaşı Coca-Cola şirkətidir, media partnyoru isə CBC Sport telekanalıdır.

EML ilə necə əlaqə saxlamaq olar?

Turnirlərin təşkili və texniki məsələlər ilə bağlı [email protected] ünvanı ilə əlaqə saxlayaraq.

Kommersiya imkanları və tərəfdaşlıq üçün isə [email protected] ünvanı ilə əlaqə saxlayaraq.

EML tərəfindən təşkil olunan hədiyyəli yarışmalarda necə iştirak etmək olar?

EML və Coca-Cola mövsüm boyu maraqlı müsabiqələr təşkil edəcək. İştirak etmək üçün www.coca-cola.eml.az səhifəsində qeydiyyatdan keçmək lazımdır.

Login
AZ EN